04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Politico": İran Rusiya və Çinlə gizli danışıqlar aparır

12.04.2023

İran Rusiya və Çinlə ballistik raketlər üçün yanacaq komponentinin tədarükü ilə bağlı gizli danışıqlar aparır.

"DM" xəbər verir ki, bunu "Politico” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən yazıb.

Nəşrin verdiyi məlumata görə, söhbət ammonium perxloratın alınmasından gedir, lakin alışın həcmi hələlik məlum deyil.

Həmçinin qeyd olunub ki, əgər belə bir razılaşma əldə olunarsa, bu, BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması olacaq.

Məlumatda o da əlavə olunub ki, rəsmi Tehran artıq hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən "Anozit” şirkəti ilə bir sıra danışıqlar aparıb, lakin danışıqların nəticələri hələ bəlli deyil.