02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MSK sədri partiyaları maliyyə hesabatlarını təqdim etməyə çağırıb

12.04.2023

Azərbaycanda dövlət qeydiyyatında olan 59 partiyadan 39-u keçən illə əlaqədar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

APA-nın xəbərinə görə, bunu bu gün MSK-nın iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, həmin partiyaların maliyyə hesabatları MSK-nın rəsmi saytında yerləşdirilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, MSK partiyalara maliyyə hesabatlarındakı çatışmazlıqların aradan qaldırılması üçün hər zaman şərait yaradıb: "Maliyyə hesabatlarını indiyə qədər təqdim etməyən partiyalar məlumatlandırılsınlar ki, maliyyə hesabatlarını təqdim etməlidir. "Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunub, buna görə partiyaların məsuliyyəti də artıb”.

Qeyd edək ki, siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına görə, nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.