02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib

12.04.2023

Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib.

"DM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO Rusiyanın tərəfdaşlarını öz manevri ilə aktiv şəkildə cəlb etməyə davam edir: "Şimal alyansı bunu NATO standartlarını tətbiq edərək həyata keçirir, bu dövlətlərin müdafiə komplekslərini yenidən format edərək həmin ölkələrin daxili və xarici siyasi proseslərinə, ordu quruculuğuna təsir rıçaqları əldə etməyə səy göstərir. Hər şeydən öncə bu, postsovet məkanına aiddir, hansı ki, NATO üçün Rusiya ilə əsl geosiyasi ziddiyyətlər meydançasıdır. ABŞ və onun müttəfiqləri Rusiya ilə region ölkələrinin əməkdaşlığını nüfuzdan salmağa cəhd göstərir, həmin ölkələri fərqli formatlarda əməkdaşlığa çəkir. Həmin əməkdaşlıqlar açıq-aydın anti-Rusiya, demək olar ki, bəzən rusofob xarakter daşıyır. NATO-nun bu cür fəaliyyəti müxtəlif regionlarda vəziyyətin gərginləşməsinə, münaqişə potensialının artmasına, yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Biz erməni həmkarlarımızdan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı rəsmi izahat istəmişik. Alacağımız cavaba görə reaksiyamız müəyyən olacaq. Sözsüz ki, Ermənistanın KTMT təlimlərini öz ərazisində keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin yüksəldilməsinə yardım etmir