27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəmkirdə avtomobil körpüdən aşıb, bir ailənin altı üzvü xəsarət alıb -YENİLƏNİB

12.04.2023

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un  məlumatına görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

15.08
Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir ailənin 6 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.