27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı xanım Türkiyədə millət vəkilliyinə namizəd olub

12.04.2023

Gəncədə doğulan, üç yaşında Moskvada ayaqlarını itirən və İstanbulda uğurlu həyatı ilə nümunəyə çevrilən Vəfa Aktuz Türkiyə Böyük Millət Məclisi vəkilliyinə namizəd olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Türkiyədəki Azərbaycan diasporunun nümayəndəsi olan Vəfa Aktuz hazırda qardaş ölkədə yaşayan azərbaycanlı qadınlara və müalicə alan Vətən müharibəsi qazilərinə mənəvi-psixoloji dəstək göstərməklə məşğuldur.