27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Füzulidə insanların sağlam yaşaması üçün “Blue zone” tətbiq olunacaq

12.04.2023

Füzuli şəhərində insanların sağlam və uzunömürlü yaşaması üçün "Blue zone” yanaşması tətbiq olunacaq, yaşıl ərazilər və rekreasiya zonaları yaradılacaq.

"DM" xəbər verir ki, bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

Onun sözlərinə görə, "Blue Zone” insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib:

"Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib”.