05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ tarixində ən böyük YANĞIN

13.11.2018

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Ştatın şimalında və cənubunda yanğınların miqyası daha böyükdür.
Kaliforniya ştatının cənubunda, Los-Anceles şəhərinin ətraf ərazilərində 6500 ev yanaraq kül olub. Ştatının qubernatoru yardım üçün prezident Donald Trampa müraciət edib. Güclü külək səbəbindən yanğınları söndürmək mümkün deyil. Fəlakət qurbanlarının sayına görə ABŞ tarixində ən böyük yanğınlardan biri sayılır.
Kaliforniya ştatında noyabrın 8-də başlamış yanğınlarda Peradays şəhəri tamamən kül olub. Butt bölgəsində isə 6700 ev yanıb.Yanğınlarda həlak olanların sayı 42 nəfər, itkin düşənlərin sayı isə 220 nəfərə catıb. Fəlakət zonasından 223 min nəfər təlxiyə olunub.
Ölkədə fövqəladə vəziyyət elan olunub.