05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lənkərandakı seldən - VİDEO

13.11.2018

Lənkəran rayonunda son günlər yağan yağışların nəticəsində kəndlərdə vəziyyət çətin olaraq qalır.
"Dövran Media" bildirir ki, icra hakimiyyətindən qafqazinfo-ya verilən məlumata görə, hazırda yağış suları Yuxarı Nüvədi kəndi və ona yaxın kəndlərdən çəkilib: "Həmin kəndlərdə vəziyyət normallaşıb, amma yağış suları hazırda Şiləvar, Göyşaban, Girdəni kəndlərinə daxil olub. Yüzə yaxın evin təsərrüfatı suyun altında qalıb. Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyəti ilə ilə birgə yaradılmış komissiya tərəfindən iki ailə təxliyə olunub. Hazırda vəziyyət nəzarət altındadır, operativ tədbirlər keçirilir".
Sosial şəbəkələrdə dünən Lənkəranın Mamusta kəndində çəkilən görüntülər marağa səbəb olub. Həmin videonu təqdim edirik: