03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Vidadi Zalov dəfn olunub

12.04.2023

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilib. 

"DM" xəbər verir ki, şəhidimizin cənazə namazı qılınıb. 

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. 

Şəhidimiz Vidadi Zalovun nəşi torpağa tapşırılıb.