05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Palata: Azərbaycanda buğdanın istehsalı və ehtiyatı azalıb

11.04.2023

2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6% azalıb.

"DM” Hesablama Palatasına istinadən xəbər verir ki, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.

Qeyd edək ki, bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3% azalaraq 359,5 min ton) təşkil edib.