05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bərdə Təhsil Sektorunda 150 min manat mənimsənilib

11.04.2023

Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyintiyə görə yoxlamalara başlayıb.

Oxu.Az-ın məlumatına görə, sektorun mühasibinin 150 min manat mənimsəməyə yol verdiyi bildirilir.

Belə ki, analıq və əmək məzuniyyətinə çıxanların ödənişləri, eləcə də, əvəzçilik pulları az hesablanaraq mənimsənildiyi vurğulanıb.

Qarabağ Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur və məsələ barədə idarə tərəfindən Baş Prokurorluğa müraciət edilib.