05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Bosniya və Herseqovina arasında saziş imzalanıb

11.04.2023

"Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

"DM" xəbər verir ki, sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.