04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada hərbi çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir

11.04.2023

Rusiyada hərbi çağırışa məruz qalan və çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.

"DM" xəbər verir ki, bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq çağırış vərəqəsi verilmiş hesab edildiyi gündən Rusiya Federasiyasını tərk etməsi qadağandır.

Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.