04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Danilov: Ukrayna ordusunun əks-hücuma başlaması barədə qərar son anda veriləcək

11.04.2023

"Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlaması barədə qərar son anda veriləcək".

"DM" UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Əgər kimsə düşünürsə ki, bizim yalnız bir variantımız var, bu belə deyil. Hətta üç variant kifayət deyil", - Danilov bildirib.

O vurğulayıb ki, əməliyyata başlamaq qərarını Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı verəcək.

Danilov Pentaqonun "məxfi sənədləri"nin sızmasına da münasibət bildirib: "Xüsusi xidmətlər məxfi sənədlərə gəldikdə daha diqqətli olmalıdırlar".

O əlavə edib ki, bu sızma əks-hücumla bağlı planlara təsir etməyəcək. Danilov dərc edilmiş sənədlərin həqiqiliyinə şübhə etdiyini də qeyd edib: "Hər halda deyə bilərəm ki, Ukraynada bizim planlarımızdan xəbərdar olanların sayı son dərəcə məhduddur".

Danilovun sözlərinə görə, Ukrayna tərəfi öz əsas müttəfiqləri ilə - ABŞ, Böyük Britaniya, Almaniya və Polşa ilə daima əlaqə saxlayır, ancaq bununla belə, müəyyən əməliyyatlar, bölmələrin sayı, kimlərin və hansı istiqamətdə iştirak etdiyi barədə məlumatlar tamamilə gizlidir: "Əgər kimsə fikirləşirsə ki, onlarda bu məlumatlar var, mən onu ancaq təbrik edə bilərəm. Amma mən bilmirəm ki, bu məlumatları haradan alıblar”.

Danilov vurğulayıb ki, dərc olunan məlumatların bir qismini tapmaq mümkündür və bu, sirr deyil: "Digər informasiyaya gəlincə, əgər o, həqiqətən də məxfi olubsa, ABŞ və Böyük Britaniyadakı agentliklər onun haradan gəldiyini və niyə məhz indi ortaya çıxdığını araşdırıb biləcəklər”.