04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml səfərbərliyin ikinci dalğasının başlayacağını təkzib edib

11.04.2023

Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layihəsi səfərbərliklə yox, hərbi qeydiyyatla bağlıdır.

"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada vətəndaşların hərbi qeydiyyatı ilə bağlı vahid məlumat bazasının yaradılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sistemin modernləşdirilməsinə ehtiyac var.

Peskov bildirib ki, hərbi qeydiyyat sisteminin rəqəmsallaşdırılması onun "anlaşılan, sürətli, məlumatlandırıcı və bütün vətəndaşlar üçün asan” olması üçün lazımdır.

Rusiya Prezidentinin sözçüsü Kremldə yeni qanun layihəsinin müzakirəsinin panikaya və yeni mühacirət dalğasına səbəb ola biləcəyi ilə bağlı heç bir hissin olmadığını da vurğulayıb.

Eyni zamanda, Peskov qeyd edib ki, insanların sualları varsa, o zaman həm dövlətin, həm də deputatların vəzifəsi bu məsələlərə aydınlıq gətirməkdir: "Buna görə də sadəcə səbirli olmaq lazımdır”.

Peskov qismən səfərbərliyin ikinci dalğasının perspektivlərinin olmadığını da əlavə edib.