29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maya Sandu: Moldova əhalisi NATO-ya üzv olmaq ideyasını dəstəkləmir

11.04.2023

Moldova Prezidenti Maya Sandu hesab edir ki, onun ölkəsinin NATO-ya daxil olması referendumdan sonra mümkün ola bilər, lakin hazırda bu mövzuda referendum keçirilərsə, nəticə mənfi olacaq.

"DM" xəbər verir ki, bu barədə Moldovanın dövlət başçısı ProTV-yə müsahibəsində deyib.

Maya Sandu bildirib ki, Moldova Respublikasının əhalisi hazırda NATO-ya üzv olmaq ideyasını dəstəkləmir.

"Vətəndaşlar bunu istəməlidir, çünki bu, Konstitusiyanın dəyişdirilməsi deməkdir və bu, referendum yolu ilə edilməlidir. Amma bu gün sorğulara nəzər salsaq görərik ki, neytrallığın dəyişməsinə böyük dəstək yoxdur”, - Prezident vurğulayıb.