29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfqanıstanda bir neçə saat əzrində iki zəlzələ baş verib

11.04.2023

Əfqanıstanda bir neçə saat ərzində iki zəlzələ baş verib.

Bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin "SOME” MMC-nin seysmik stansiyalar şəbəkəsi xəbər verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, birinci zəlzələ aprelin 11-də Almatı vaxtı ilə saat 09:37-də baş verib. Yeraltı təkanların episentri Almatıdan 840 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Zəlzələnin maqnitudası 5,4 bal olub.

Daha bir zəlzələ Almatı vaxtı ilə saat 10:52-də baş verib. Episentr Almatıdan 963 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Bu dəfə yeraltı təkanlar 5,3 bal gücündə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.

Mənbə: Tengri News