28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sədr: “Azərbaycanda qadın vəkillərin sayı artıb”

11.04.2023

"Azərbaycanda qadın vəkillərin sayı artmaqda davam edir və hazırda vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin 20 faizini xanımlar təşkil edir”.

"DM” xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu gün and içən yeni vəkillərin 26 faizi qadınlardır.
Sədr aparılan islahatlar nəticəsində vəkillik institutunun təkmilləşdiyini və inkişaf etdiyini bildirib.

A.Bağırov gələcəkdə də qadın vəkillərin sayının artacağına ümid etdiyini söyləyib.