29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni vəkillər and içiblər

11.04.2023

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

"Report” xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni və Vəkil Marşı səsləndirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun son 5 il ərzindəki fəaliyyəti, son dövrlər görülmüş işlər barədə danışıb.

O qeyd edib ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunublar. "2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunublar. Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2240 nəfərdir”.

A.Bağırov bildirib ki, bu gün andiçmə mərasimində 83 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunub.
Sədr söyləyib ki, əvvəllər hakim işləmiş 4, vəkil işləmiş 1 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıblar. Andiçmə mərasimdə iştirak edənlərin 62 nəfəri kişi, 21 nəfəri isə qadındır.

Daha sonra vəkilliyə namizədlər çıxış ediblər. Onlar vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

Sonra vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.