29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirin Rusiyaya yardım planı üzə çıxıb

11.04.2023

Misir Ukrayna ilə müharibədə Rusiyaya kömək etməyi planlaşdırıb.

"DM" xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.

İnformasiya Pentaqonun sızdırılmış kəşfiyyat sənədlərinin birində öz əksini tapıb.

Məlumata görə, Misir Prezidenti Əbdülfəttah Sisi bu ilin fevral ayında Rusiyaya 40 min raket, artilleriya mərmisi və barıt göndərməyi planlaşdırıb. Rəsmi Qahirə Vaşinqtonla münasibətlərin pisləşməməsi üçün sözügedən silah-sursatı gizli göndərmək istəsə də, plan xüsusi xidmət orqanları tərəfindən üzə çıxarılıb.

Qeyd edək ki, Misir rəsmi şəkildə Ukrayna müharibəsində neytral mövqedə olduğunu açıqlayıb.