29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputat: Son 20 ildə güclü-qüdrətli Türkiyə qurulub

11.04.2023

"Türkiyə tarixinin son 25 ilinə diqqət yetirsək, dövlətçilik baxımdan çox qısa hesab edilən bu zaman kəsiyində Cümhuriyyət tarixinin ən zəif və ən güclü paradoksuna şahidlik edərik. Əgər 2003-cü ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısa müddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita və iqtisadi böhranlarla xarakterizə olunurdusa, Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlandı”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, son 20 ildə əldə olunan uğurları Türkiyə vətəndaşları daha yaxşı qiymətləndirə bilər: "Lakin istər beynəlxalq münasibətlər sistemində, istər qonşuluq çərçivəsinə Ankaranın artan hərbi-siyasi imkanları və nəinki region, bütövlükdə dünyada güclənən nüfuzunu görməmək mümkün deyil. Bu illər ərzində Ankaranın qarşısında çox ciddi hədəflər olub. Təbii ki, ilk növbədə Türkiyə Atatürk sonrası xeyli simvolikləşən iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etdi. Ankara artıq qərbin diqtəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə, Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya qədər geniş bir arealda təsir dairəsi formalaşdıra bildi. Habelə daim ölkənin gərginlik rıçaqı kimi istifadə olunan milli kimlik məsələsi təhdid kimi aradan qaldırıldı. Terrorla mücadilə müstəsna nəticələr verdi, məhz son 20 ildə İraq və Suriyanın şimalında bufer zonalar yaradıldı, terrorla mübarizə artıq Türkiyə sərhədlərindən kənarda aparılmağa başladı”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Türkiyə son 20 ildə özünün milli müdafiə sənayesinin tam müstəqil təsisata çevrilməsinə nail olmaqla hərbi imkanlarını artırdı, eləcə də müdafiə sənayesi məhsulları ixracatçısına çevrildi: "Bu gün Türkiyə PUA-ları dünyada qiymət və səmərəlik əmsalını birləşdirməklə ən arzuolunan vasitələr hesab edilir. Təbii ki, illərdir Türkiyəni istismar edən Qərb imperializmi bu prosesə bütün aspektlərdə dirəniş göstərməli idi. Bu çərçivədə daxildə və xaricdəki uzantılarla Türkiyənin milli maraqlarına qarşı cəbhə açıldı, lakin çevriliş cəhdinin qarşısını almaqla Türkiyə güclü olduğunu göstərdi. Bu proseslərin davamı olaraq fetoçular və Qərbin digər 5-ci kolon nümayəndələri sıradan çıxarılaraq hakimiyyət strukturları daxilində sağlamlaşdırma həyata keçirməklə milli iradəsinin hakim olduğu güclü-qüdrətli Türkiyə quruldu. Öz sərhədləri daxilində belə sərbəst iradə sahibi olmayan 20 il öncəki Türkiyədən fərqli olaraq hazırda Türkiyə Şimali Afrikada, o cümlədən Suriya və İraqda Ankaranın iradəsini yeritməklə özünün qlobal güc kimi təsdiq etdirdi. Müstəqil iradənin hakim olması Türkiyəyə imkan verdi ki, nəhayət ki, böyük türk açılımının həlledici fiqurlarından birinə çevrilsin, Azərbaycan və Orta Asiya ilə münasibətləri tam yeni müstəviyə çıxarsın. 90-cı illərdə Qərb dairələrindən ehtiyat edərək Azərbaycana iki sərnişin helikopteri göndərə bilməyən Türkiyədən fərqli olaraq qardaş ölkə 44 günlük savaşda açıq formada Azərbaycanın yanında oldu, Azərbaycanın haqq işinə qəti siyasi dəstək verdi, Şuşa Bəyannaməsi kimi Türk birliyi tarixinin ən qiymətli sənədini imzalandı. Artıq gündəmimizdə Türk dünyasını birləşdirən Zəngəzur dəhlizi var, vahid türk ordusu, vahid türk iqtisadiyyatı var. Türk dünyası tarixinin heç bir dövründə olmadığı qədər güclüdür. Bu gün böyük birliyimizə doğru qət olunmuş önəmli məsafədə əsas təşəbbüskar və müqəddəs ideyaların reallaşmasında son 20 ildə Azərbaycan və Türkiyə liderlərinin müstəsna rolları var. Son 20 il Türkiyə tarixində ayrıca bir dönəmdir. Əlbəttə, Türkiyənin dostları ilə bərabər düşmənləri də bu reallığın fərqindədir və hazırda Türkiyədə gərgin mərhələyə qədəm qoyan siyasi dövrdən maksimum yararlanılmağa çalışılır. Lakin şübhə yoxdur ki, qardaş Türkiyə bütün xarici təsirləri rədd edərək özü üçün ən xeyirlisini seçməyi bacaracaq”.