05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

13.11.2018

Bu gün – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.
 "Dövran Media"nın məlumatına görə, iclasının gündəliyinə 7 məsələ daxildir.
Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələridir.
Eyni zamanda 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.