29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokayev: Orta Dəhlizə artan maraqdan maksimum yararlanmaq vacibdir

10.04.2023

"Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli icrası da böyük əhəmiyyət kəsb edir”.

"DM" Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Tokayev Orta Dəhliz marşrutuna artan marağı vurğulayıb:

"Biz razılaşdıq ki, bu marşruta artan maraqdan maksimum yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək vacibdir.

Bütün bu tədbirlər, eləcə də beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin daşınmasının sabitliyini və səmərəliliyini təmin edəcək”, - Qazaxıstan Prezidenti qeyd edib.