28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: "Sepahın Qüds qoşununun komandanı yaralanıb"

10.04.2023

Suriyanın paytaxtı Dəməşqin naməlum təyyarə ilə raket atəşinə tutulması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşununun komandanı briqada generalı İsmayıl Qaani yaralanıb.

"DM” xəbər verir ki, bu barədə "Euphrates Eye” məlumat yayıb.

Bildirilib ki, Dəməşqdən 20 km qərbdə yerləşən Yafur rayonunda Bəşşar Əsəd rejiminin kəşfiyyat zabitləri ilə İran zabitlərinin yığıncağı keçirilən ərazi raket atəşinə məruz qalıb. Raket zərbəsi nəticəsində ölənlər və yaralananların da olduğu qeyd edilib. Məlumata görə, İsmayıl Qaani aprelin 9-da Dəməşqə gedib. O, Suriya paytaxtında olduğu müddətdə şəhər raket atəşin məruz qalıb.

Qeyd edək ki, Qüds qoşununun keçmiş komandanı Qasım Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanında ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Vurğulanıb ki, Bəşşar Əsədin kiçik qardaşı general Mahir Əsədin başçılıq etdiyi 4-cü diviziyanın bir sıra obyektləri Yafurda yerləşir. Dağlıq ərazidə yerləşən bu rayon ətrafında "Əsədin kəndi”nin də yerləşdiyi bildirilib.