29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

10.04.2023

"Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib".

"DM” "Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

"Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.

Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.

"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.