29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Günaydın” restoranlar şəbəkəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub - FOTO

10.04.2023

"Günaydın” restoranlar şəbəkəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş ölkə, Azərbaycan və Türkiyənin himnləri səsləndirilib, dualar edilib.

"Günaydın” ət və restoranlar şəbəkəsinin şəriki Cüneyt Hasan tədbir zamanı çıxış edib və bildirib ki, onlar hər bir zaman şəhid ailələrinin yanında olmağa davam edəcəklər:

"Bir vətənin vətən olması üçün ona can vermək, qan vermək gərəkdir. Bu canı, qanı da burada olan anaların övladları veriblər. Biz də onları bir günlük belə olsa xoşbəxt edə bilmək üçün bu gecəni təşkil etdik. Bilsinlər ki, sadəcə bu gün üçün deyil, hər zaman onların yanında olacağıq.”

"Ələddin” MMC şirkətinin icraçı direktoru Arzu Fərəcova isə qeyd edib ki, o, bu tədbirin təşkil edilməsi təklifini sevə-sevə qəbul edib:
"Bizə çox gözəl təklif gəldi ki, şəhid analarımız üçün belə bir iftar süfrəsini təşkil edək. Mən də sevə-sevə qəbul etdim. Allah ehsanımızı qəbul etsin”.

Qeyd edək ki, şəhid ailələri üçün iftar süfrəsi davamlı olaraq təşkil ediləcək