29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həqiqi hərbi xidmətə qəbul elan edilib

10.04.2023

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Bu barədə  Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan, 28 yaşadək (yalnız xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış zabitlər) kişi cinsli Azərbaycan vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul olunmaq üçün 2023-cü il aprel ayının 10-dan iyun ayının 9-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək müvafiq sənədləri təqdim etməlidirlər.

Xidmətə qəbul olmaq istəyən namizədlər fiziki cəhətdən sağlam, Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Qeyd olunub ki, namizədlərin xidmətə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na uyğun həyata keçirilir.