02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda binanın lift şaxtası çöküB: Sakinlər təlaş içindədirlər

10.04.2023

Bakıda inşa edilən yeni yaşayış binasında liftin şaxtası çöküb. 

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 


İddia edilir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində inşa edilən yaşayış binalarından birində baş verib.

Sakinlər iddia edirlər ki, "Memar Əcəmi” metro stansiyasının yaxınlığında yeni inşa edilmiş yaşayış binasından mənzil alan sakinlər evlərinə köçməyə qorxurlar. Binanın lift üçün nəzərdə tutulmuş qovşağı çöküb və yarasız hala düşüb.

Qeyd edək ki, ekoloq, seysmoloq Ənvər Əliyev çıxışlarından birində Bakının 7-9 ballıq zəlzələyə dözümlü olduğunu deyib. Bəs bu cür vəziyyətdə olan bina necə, zəlzələ olsa, nələr baş verə bilər?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən ​Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qeyd olunan binada tikinti işlərinə icazə sənədi olmadan başlanıldığı müəyyən edilib:

"Qurum tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə aidiyyəti dövlət qurumlarına mütəmadi olaraq məktublar ünvanlanıb. Eyni zamanda tikintini aparan subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib”.