02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BP: "Azəri-Mərkəzi-Şərqi" layihəsinə 2,9 mlrd. dollar vəsait ayrılıb

10.04.2023

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının işlənilməsi çərçivəsində həyata keçirilən "Azəri-Mərkəzi-Şərqi" layihəsinə (ACE) indiyədək 2,9 mlrd. dollar vəsait ayrılıb.

"DM" xəbər verir ki, bu barədə jurnalistlərə layihənin mexaniki təhvil üzrə rəhbəri Şükür Sadıxov bildirib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 6 mlrd. dollar təşkil edir.

Şükür Sadıxov onu da qeyd etdi ki, layihə çərçivəsində artıq iş həcminin 85%-i tamamlanıb və heç bir xəsarət yol vermədən 25 mln. saat iş görülüb.

BP-nin nümayəndəsi onu da xatırladıb ki, layihədə ilk neftin hasilatı 2024-cü ilin birinci rübünə nəzərdə tutulur.