05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maşınsız DEPUTATLAR

12.11.2018

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var. Azərbaycan parlamentinin üzvlərindən üç nəfər isə heç şəxsi maşınlarının da olmadığını bildirir. Özlərinin dediyinə görə, evdən işə, işdən evə gedəndə, həmçinin çağırıldıqları tədbirlərə yollananda ictimai nəqliyyatdan istifadə edirlər.
"Dövran Media" Modern.az-a istinadən şəxsi avtomobili olmayan və tez-tez ictimai nəqliyyatdan istifadə edən deputatların adlarını təqdim edir:
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, nə xidməti , nə də şəxsi maşını var:
"Hər gün ictimai nəqliyyatdan və metrodan istifadə edirəm. İctimai nəqliyyatdan istifadəyə üstünlük verməyimi çoxları bilir. Həm də iş yerim yaşadığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Uzağa getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm".
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyevin də şəxsi avtomobili yoxdur. Özü belə deyir:
"Xidməti avtomobilim var, o da Gəncə şəhərindədir. Yeni Azərbaycan Partiyası tərəfindən verilib. Mənim şəxsi avtomobilimin olması ilə bağlı yayılan xəbərlər əsassızdır və yanlış informasiyalardır. Mənim avtomobilim olmayıb. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur. Bu, sadəcə olaraq, mənim üçün gündəlik həyat tərzidir. Tələbə vaxtı, Avropada, Türkiyədə ictimai nəqliyyatdan necə istifadə etmişəmsə, indi də elə. Hər kəsin də haqqı var ki, ictimai nəqliyyatdan istifadə etsin".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev də bununla bağlı açıqlamasında bildirib ki, həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edir:
"Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin".