29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Vaqner" rəhbəri : “Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”

10.04.2023

"Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”.

"DM” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın "Vaqner” muzldu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.

Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: "Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”.

Y.Priqojinin sözlərinə görə, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: "Problemləri gizlədə bilməzsiniz - düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”.

Qeyd edək ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı.

Ukrayna müdafiə naziri Oliksiy Reznikov isə söyləmişdi ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığını təsdiqləmiş və Kiyevi dəstəkləyəcəyini demişdi.