06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyetnam nəyə görə Azərbaycan neftini seçdi?

12.11.2018

Vyetnamın "Bax-xo” adlı yatağında neft ehtiyatları tükənməyə başlayanda Asiya bazarının nəhəng oyunçularından biri olan "Binh Son Refining” (Vyetnam milli neft-qaz qrupunun törəmə şirkəti – red.) yeni xammal mənbəyi axtarmağa başladı və Azərbaycan neftini seçdi. 
"Dövran Media"nın məlumatına görə, uzun sürən analizlərdən sonra BSR şirkətinin ekspertləri belə nəticəyə gəliblər ki, Azərbaycan nefti "Bax-xo” yatağından çıxarılan neftə komponentləri ilə ən yaxın olan "qara qızıl”dır. 
İxracın başlamasından bir il keçməsinə baxmayaraq, yeganə problem neftin idxalına olan və bu gün beş faiz təşkil edın daxili vergidir. 
Azərbaycan neftinin ixracını asanlaşdırmaq üçün Vyetnam hökuməti tərəfdaş ölkələr, o cümlədən, Azərbaycan üçün vergi dərəcəsini dəyişdirməyi vəd edib. 
Gözlənilir ki, Azərbaycandan idxal ediləcək xammalın faizsiz vergi dərəcəsi Vyetnam neft bazarının stabilləşməsinə kömək edəcək. 
Həmçinin, qəbul edilən bu qərar iki ölkə arasında sıx əməkdaşlığa, eləcə də, ticarət və diplomatik əlaqələrin inkişafına yardım edəcək.