29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov Türkiyədə qarşıdan gələn seçkiləri şərh edib

07.04.2023

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədə qarşıdan gələn seçkiləri şərh edib.

"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında ona qarşıdan gələn seçkilərdə Rusiyanın hansı siyasi qüvvəni dəstəkləyəcəyi ilə bağlı suala cavab verib.

"Məni kimsə ilə səhv salmamısız? Mən sizə amerikalı nümayəndələrin çıxış etdiyi mətbuat konfranslarını ziyarət etməyi tövsiyyə edirəm. Bu sualları onlara vermək olar. Ona görə ki, Rusiya Federasiyası heç vaxt ölkələrin daxili işlərinə və hətta seçki kampaniyası öncəsi orada açılan müzakirələrə müdaxilə etmir. Biz hər zaman demokratik prosedurları həyata keçirən ölkələrin qanunvericiliyinə hörmət edirik. Bunlar hər bir suveren ölkənin, o cümlədən inkişaf etmiş demokratik ölkə olan Türkiyənin daxili işidir. O, ABŞ-dır ki, deyir "Çin bunları eləməlidir!”, Avropa İttifaqı bəyan edir ki, Çin Zelenski ilə əlaqə saxlamağa borcludur!”. Bu stil ABŞ-ındır. Əminəm ki, bu stilin kökündə dayanan kobudluq bütün normal insanlara anlaşılandır. Baxmayaraq ki, heç də hər kəs bunu dilə gətirə bilmir. Həmkarım mənə ATƏT-dən, Avropa Şurasından müşahidəçiləri seçkilərə dəvət etdiklərini söylədi. Ona görə də, bu seçkilərə legitim qiymətlər yəqinki seçkilərdən sonra veriləcək. Amma əminəm ki, Türkiyə tərəfi dəfələrlə sübut edib ki, o, azad və demokratik seçkilər keçirmək qabiliyyətinə malikdir”, deyə Lavrov vurğulayıb.