29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran və Fransa xarici işlər nazirləri Pekində görüşüb

07.04.2023

İran və Fransa xarici işlər nazirləri Pekində görüşüb.

"DM" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Pekində səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 6-sı axşam fransalı həmkarı Katerin Kollona ilə görüşüb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərin, habelə konsulluq məsələlərinin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, İran xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş üçün Çində səfərdədir, onlar arasında görüş aprelin 6-da baş tutub. Fransa xarici işlər naziri isə Prezident Makronun Pekinə səfərində onu müşayiət edir.