05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübariz İbrahimovun anasının vəfatı YALAN ÇIXDI

12.11.2018

Bu barədə Axar.az-a Biləsuvar İcra Hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətindən bildirilib ki, xəbər sosial şəbəkələrdə yayılan kimi milli qəhrəmanımızın ailəsinin evinə - Əliabad kəndinə nümayəndə göndərilib:
"Ancaq Şamama xanımla bağlı xəbər təsdiqlənmədi".
Əliabad kənd icra nümayəndəsi Telman Əliyev də saytımıza açıqlamasında bildirib ki, Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur:
"Şamama xanım ailə işlərini də özü görür. Yəni səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.