29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçin NATO-ya daxil olacağı tarix açıqlanıb

07.04.2023

İsveçin NATO-ya daxil olacağı tarix açıqlanıb.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken "Euronews” telekanalına müsahibəsində danışıb. Blinken İsveçin hansı tarixdə NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlama verib. O bildirib ki, bu, iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan alyans ölkələrinin sammitində baş verə bilər.

"Mən əminəm ki, bu, tezliklə baş verəcək. İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər Finlandiya kimi, İsveçin də NATO-ya yeni üzv olaraq qoşulacağını düşünürəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Antoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. O, alyansın digər üzvləri tərəfindən ölkənin NATO-ya qoşulması haqqında ratifikasiya olunmuş protokolları qəbul edib.

Mənbə: Lenta.ru