29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzzada gərginlik: Misir İsrail və ABŞ ilə təcili danışıqlar aparır

07.04.2023

Misir gərginliyi azaltmaq üçün İsrail, ABŞ və Fələstin qrupları ilə fəal məsləhətləşmələr aparır.

Aprelin 7-nə keçən gecə Qəzza zolağı ətrafında münaqişənin yeni mərhələsi başlayıb. 

Qahirə İsraildən Qəzza zolağında yaşayış məntəqələrini və mülki əhalini vurmamağı tələb edib.

Bundan əvvəl İsrailin güc strukturları bildiriblər ki, İsrail ordusunun Livanın cənub bölgələrinə endirdiyi zərbələrin hədəfi HƏMAS hərəkatının terror infrastrukturudur.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin HƏMAS terror təşkilatının Livan ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcəyini və hər raket buraxılışına görə bu dövlətin məsuliyyət daşıyacağını bildirib.

Mənbə: Al Arabiya