29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis İran parlamentinə cavab Bəyanatı qəbul edib - YENİLƏNİB

07.04.2023

Milli Məclis İran parlamentinə cavab Bəyanatı qəbul edib.

"DM"-nın xəbərinə görə, Bəyanatda bildirilir ki, Azərbaycan dövləti aprelin 5-də İran parlamentinin Bəyanat qəbul etməsini Azərbaycanın daxili işinə qarışma kimi qəbul edir.

"Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı növbəti təxribatıdır", - deyə Bəyanatda qeyd olunur.

11:31

Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

"DM” xəbər verir ki, bu barədə MM-in plenar iclasında spiker Sahibə Qafarova məlumat verib.

Daha sonra Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılmasını təklif edib və təklif qəbul olunub.

Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olublar.


Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.