29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərimizə qar yağıb

07.04.2023

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, aprelin 7-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb.

Proses radar sistemləri ilə müşahidə edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub.


Yağan yağıntının miqdarı Qaxda 37.0 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33.0 mm (aylıq normanın 96%-i), Şəkidə 22.0 mm (aylıq normanın 24%-i), Ağdamda 20.0 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 mm olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.