03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayramov: “Azərbaycan daim UNESCO-nun missiyasını dəstəkləyib”

07.04.2023

"Bugünkü tədbir ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan mühüm əhəmiyyət kəsb edir”.

"DM" xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Azərbaycan daim UNESCO-nun missiyasını dəstəkləyib. UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir. Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir”, - deyə nazir əlavə edib.