02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Turizm Agentliyi yeni inkişaf planı hazırlayıb

06.04.2023

Dövlət Turizm Agentliyi yaxın perspektivdə Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədi ilə inkişaf planı hazırlayıb.

"DM" bu barədə Agentliyə istinadən xəbər verir.

Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi-mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, regional İpək Yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların həyata keçirilməsi planlaşdırılır.