02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leyen: Çin Rusiyaya hərbi yardım etsə, bu Aİ ilə münasibətlərə ağır təsir edəcək

06.04.2023

"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı Çinin mövqeyi Avropa İttifaqı üçün çox vacibdir".

"DM" xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Makron və Çin Xalq Respublikasının Sədri Cinpinlə birgə Pekində keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Ursula von der Leyen bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin də məsuliyyəti var. "Biz ümid edirik ki, Çin Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini ehtiva edən ədalətli sülhün əldə olunmasına dəstək verəcək".

O əlavə edib ki, Aİ Çin tərəfindən irəli sürülən sülh təklifindəki nüvə silahının istifadəsinin qadağası və bunu qəbuledilməz olması ilə bağlı prinsinpi alqışlayır.

"Bu müharibədə təcavüzkara - Rusiyaya yardım edilməməlidir, buna görə də biz Çini birbaşa və ya dolayı yolla Rusiyaya hərbi yardım etməməyə çağırırıq. Bu baş verərəsə, bizim münasibətlərimizə ağır təsir edəcək".