02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin və Fransa liderləri birgə bəyannamə qəbul ediblər

06.04.2023

Çin Sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər.

"DM" xəbər verir ki, bunu liderlər görüşün nəticələrinə dair keçirilmiş mətbuat konfransı zamanı bildiriblər.

Si Cinpin qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar tez bir zamanda bərpa olunmalı və qısa vaxt ərzində sülh təmin edilməlidir.

Bununla yanaşı Çin lideri ölkəsi və Fransa adından beynəlxalq ictimaiyyəti Ukraynada müharibəni qızışdırmaqdan çəkinməyə çağırıb: "Pekin Parislə birlikdə dünya ictimaiyyətini Ukrayna məsələsində rasionallığa və təmkinli olmağa çağırır”.

Fransa Prezidenti isə öz növbəsində Si Cinpinə müraciət edərək, Rusiya tərəfini sağlam düşüncəyə qaytarmağa və hamını danışıqlar masasına oturtmağa çağırıb: "Ukrayna ərazilərinin bir hissəsi Rusiyanın nəzarətində olduğu müddət ərzində Avropada təhlükəsizliyin təmin edilməsi arxitekturası mümkün deyil və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir”.