Azərbaycanın bədii gimnastları Fransadakı beynəlxalq turnirə yollanıblar 
    
                          
     
                         06.04.2023
 
    
                        Bədii gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq Qran Pridə iştirak edəcək.
Federasiyadan  verilən məlumata görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv və fərdi gimnast Zöhrə Ağamirova artıq sözügedən ölkəyə yollanıblar.
Bu gün start götürən yarış aprelin 10-dək davam edəcək.