06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jirinovski: Qarabağ Rusiyaya birləşdirilsin

12.11.2018

Həll olunmamış münaqişələrin yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski Report-a verdiyi müsahibəsində həll olunmamış regional münaqişələrdən danışarkən belə deyib:
"Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri - hər yerdə oxşar problemlər var.
Yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək. Əlbəttə ki, yalnız könüllü qaydada, referendum yolu ilə. Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq”.