28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xronika: Ermənistanla çar Rusiyasının məxfi Azərbaycan planı - VİDEO

06.04.2023

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

"DM” xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarixçi-alim, 1988-ci ildə Zəngəzur mahalının Qafan rayonundan olan Cəbi Bəhramov Qərbi Azərvaycanın tarixindən, coğrafi-siyasi əhəmiyyətindən, daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planından söz açıb.

O, Azərbaycan torpaqlarının tarixdə dəfələrlə işğala məruz qalmasının səbəblərini, Ermənistan adlanan dövlətin heç vaxt mövcud olmadığını, erməni tarixinin uydurma və saxtakarlıq üzərində qurulduğunu bildirib.

AMEA-nın şöbə müdiri Zəngəzur mahalının Qafan və Mehri rayonlarında, eləcə də ali təhsil aldığı Özbəkistanda ermənilərin azərbaycanlılara qarşı fərqli münasibətindən, paytaxt Daşkənd arxivlərində erməni saxtakarlıqları ilə bağlı əldə etdiyi sənəd və faktlardan danışıb.

Qərbi Azərbaycan tarixinin atlası üzərində iş getdiyini vurğulayan C.Bəhramov deyib ki, bütün dövrlərə aid xəritələrdə Ermənistan deyilən məkan olmayıb:

"Ölkə Prezidentinin təşəbbüsü ilə Qayıdış Konsepsiyasının hazırlanması bütöv Azərbaycana gedən yoldur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Verilişə Baku TV-nin efirində və Youtube kanalında baxa bilərsiniz