27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahinin 40 mərasimindən sonra olacaq

06.04.2023

Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra olacaq.

"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.

"Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək" - deyə komitə sədri qeyd edib.

Qeyd edək ki, Hacı Şahin martın 2-si səhər saatlarında ürək tutmasından vəfat edib.