27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Kəşfiyyatı: Rüstəm Muradov bu səbəbdən vəzifəsindən uzaqlaşdırılıb

06.04.2023

Rusiya sosial mediasında da iddia edildiyi kimi, Rusiya Müdafiə Nazirliyi çox böyük ehtimal general-polkovnik Rüstəm Muradovu Ukraynadakı Şərq Qüvvələr Qrupunun komandanı vəzifəsindən uzaqlaşdırıb.

"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti yaydığı məlumatda bildirib.

Qeyd olunub ki, Rüstəm Muradovun rəhbərlik etdiyi Şərq Qüvvələri Qrupu Uqledar şəhəri istiqamətində son aylarda olduqca ağır itkilər verib: "Donetsk vilayətinin Uqledar şəhərinə dəfələrlə hücuma baxmayaraq, onlar şəhəri ələ keçirə bilməyib. Əməliyyatlar, Muradovun rəhbərlik etdiyi qoşunları da daxil olmaqla, rus şərhçiləri tərəfindən kəskin ictimai tənqidlərə səbəb olub".

Kəşfiyyat Xidməti bildirib ki, bu, Rusiya ordusunda 2023-cü ildə indiyədək ən yüksək səviyyəli vəzifədən azad edilmə halıdır .