27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində İran və Səudiyyə Ərəbistanının XİN başçılarının görüşü başlayıb

06.04.2023

Çinin paytaxtı Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahianla Feysəl bin Fərhan arasında danışıqlar başlayıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram” kanalında dərc edilib.

Bəyanatda qeyd edilir ki, nazirlər iki ölkənin səfirlik və konsulluqlarının yenidən açılması ilə bağlı praktiki addımları, həmçinin ikitərəfli münasibətlərin bəzi aspektlərini müzakirə edəcəklər.