27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib - VİDEO

06.04.2023

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.